waplog

İran yeni nəsil kosmik zondlar hazırlamağa başlayıb


İran yeni nəsil kosmik zondlar layihələndirməyə başlayıb. Bu barədə İran Kosmik Sistemlər və Kosmosun Tədqiqi İnstitutunun direktoru Məhəmməd Ebrahimi Tehranda kosmik məkanın öyrənilməsinə həsr edilən tələbə işləri dördüncü müsabiqəsinin açılışında deyib. 
 
"Biz uzun müddətdir ilk uçuşlar üçün həm adi kosmik kapsulun, həm də kosmik gəminin layihələndirilməsi üzrə işlər aparırıq", - institut direktoru "Mehr" agentliyinə bildirib.   
 
İranlı alim qeyd edib ki, yeni nəsil kosmik zondlar Yer orbitinə insanın göndərilməsinə (İranın başlıca kosmik proqramı) də cəlb ediləcək. "Bu layihə kifayət qədər mürəkkəb olub və xeyli maddi vəsait tələb edib, lakin o davam etdiriləcək", - o vurğulayıb. 
 
İnstitut direktoru deyib ki, İranın kosmik proqramında əsas istiqamət kosmonavtla birlikdə suborbital uçuşlar həyata keçirə bilən aparatların yaradılmasıdır. Onun sözlərinə görə, bu, hələlik qısa uçuşlar olacaq. Uçuşlar zamanı kosmik aparat kosmosda orbitə çıxan klassik uzunmüddətli kosmik missiyalar kimi deyil, çox qısa müddət ərzində olacaq.
 
M.Ebrahimi bildirib ki, insanı kosmosa göndərmək üçün biz əvvəlcə kapsulanın kosmonavtla birlikdə suborbital uçuşa buraxılması texnologiyasını tam öyrənməliyik. Ən azı beş belə uğurlu buraxılış etmək lazımdır və yalnız bundan sonra biz Yer orbitinə uçuşa hazırlaşa bilərik. 
 
O, həmçinin peyklərin naviqasiya, kənd təsərrüfatı və telekommunikasiya xidmətlərində tətbiqinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, iranlı alimlər bu vacib istiqamətlərdə də irəliləyişə nail olmaq üçün əlindən gələni edirlər, - "TASS" www.itar-tass.com" yazır.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL