waplog

“Apple” “Watch” "ağıllı" saatı haqda yeni məlumat paylaşıb


“Apple” “Watch” "ağıllı" saatı haqda yeni məlumat paylaşıb
 
“Apple” korporasiyası öz saytında “Watch” “ağıllı” saatına həsr edilmiş bölməni yeniləyib. Kaliforniya nəhəngi qurğunun əvvəllər bilinməyən əsas imkanlarını sadalayıb.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, şirkətin rəsmi saytında “Apple Watch” üçün üç yarımfəsil yaradılıb: "Xronometraj", "Yeni qoşulma üsulları" və "Sağlamlıq və Fitnes". Birinci kateqoriyada istehsalçılar fərdi sazlama imkanına malik siferblatların müxtəlif tərtibat variantlarını nümayiş etdirib.
 
Kommunikasiyalara gəlincə, “Apple”ın nümayəndələri "ağıllı" saatın mesaj, səsli fraqmentlər və fotoşəkillər göndərmək və qəbul etmək imkanı haqda bildirib.
"Sağlamlıq və Fitnes" bölməsində “Apple Watch” “ağıllı” saatına inteqrasiya edilmiş istifadəçinin aktivliyinə nəzarət və məşqlər üçün nəzərdə tutulmuş tətbiqlər haqda danışılıb. Fiziki vəziyyət haqda informasiya sərf olunmuş kalorinin miqdarını, bədən vəziyyətinin tezliyini və başqa parametrləri əks etdirən qrafik şəklində göstərilə bilər.
 
Gözləntilərə görə, “Apple Watch” "ağıllı" saatının satışına 2015-ci ilin birinci rübündə gözlənilir.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL