waplog

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının altıncı hesabatında İKT-nin inkişafı üzrə lider ölkələr arasındadır


Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) dünya üzrə informasiya-kommunikasiya texnologiyalarının inkişafını əks etdirən növbəti altıncı illik hesabatını ictimaiyyətə təqdim edib. Hesabatda dünya ölkələri arasında İKT sahəsində müşahidə edilən yeni tendensiyalar, qiymət siyasəti, internetə çıxış imkanları, beynəlxalq səviyyədə qəbul edilmiş üsullara uyğun şəkildə sahənin inkişafı haqda məlumatlar yer alıb.

Hesabatda Azərbaycan 2013-cü il üçün informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı üzrə dünya reytinqində (ICT Development Index) il ərzində bir pillə irəliləyərək 2012-ci ildəki 65-ci yerdən 64-cü yerə yüksəlib.

"ICT Development Index" (IDI), ölkələrin İKT infrastrukturunun səmərəliliyini, onun istifadəsini və imkanlarını əks edir. Hesabat kəmiyyət indikatorları və müqayisəli testlər əsasında BTİ-nin üzvü olan müxtəlif ölkələrin beynəlxalq məqsədlərə nail olmasını, İKT siyasətini qiymətləndirir. Ötən il ərzində бир чох ölkələrdə İKT-nin tətbiqi sahəsində davamlı artım müşahidə olunub və ilin sonuna 3 milyarda yaxın insanın internetdən istifadə edəcəyini proqnozlaşdırılır. Qeyd edək ki, 2013-cü ilin sonuna bu göstərici 2,7 milyard olub.

Beynəlxalq Telekommunikasiya İttifaqının yaydığı "İnformasiya cəmiyyətinin ölçülməsi" hesabatında İKT-nin inkişafı indeksində 166 ölkə İKT-yə çıxış səviyyəsi reytinqi, onların tətbiqi və bu sahədəki bilikləri üzrə sıralanır.

Azərbaycan əvvəllər olduğu kimi, yenidən 10 sürətli inkişaf edən ölkələr arasında yer alıb.

2013-cü ilin yekunları üzrə reytinqdə birinci yeri Danimarka, ikincini Koreya Respublikası tutub. Reytinqin ilk 30 ölkəsi sırasına Avropaнын və digər regionların gəlirləri yüksək olan ölkələri, o cümlədən Avstraliya, Bəhreyn, Kanada, Yaponiya, Makao (Çin), Yeni Zelandiya, Sinqapur və ABŞ daxildir.

Avropa "IDI" üzrə 7,14 ilə (maksimum göstərici) göstəricilər üzrə digər regionu - Müstəqil Dövlətlər Birliyi (MDB) regionunu (5,33) xeyli üstələyir. Sonrakı yerlərdə Şimali və Cənubi Amerika (4,86), Asiya-Sakit okean regionu (4,57), ərəb ölkələri (4,55) və Afrika (2,31) qərarlaşıb.

Orta "IDI" göstəriciləri son 12 ayda daha çox MDB və ərəb dövlətlərində artıb. Ümumilikdə bu il tədqiq edilən ölkələrin hamısı öz reytinqini yüksəldib.

MDB regionunda ən yüksək nəticəyə Belarus (6,89), Rusiya (6,70) malikdir. MDB ölkələrində indeks inkişaf etmiş ölkələr üçün orta göstəricidən aşağı səviyyədədir - 7,20. Щесабатда daha çox irəliləyişə - 43-cü yerdən 38-ci yerə йцксялян Belarus və 83-cü yerdən 72-ci pilləyə гядяр мювгейини йахшылашдыран Gürcüstan nail olub. Digər MDB iştirakçılarında reytinq bir pillə geriləyib (reytinqi dəyişməyən Qazaxıstan və iki pillə itirən Ukrayna istisna olunmaqla). Ötən ilin sonuna internet və kompüterə çıxışı olan ev təsərrüfatlarının sayında daha çox artım Rusiyada (müvafiq olaraq 67 və 70 faiz) qeydə alınıb. Azərbaycan, Belarus və Qazaxıstanda bu göstərici 50 faizi ötdüyü halda Özbəkistan və Qırğızıstanda 10 faizdən aşağıdır.

Stasionar genişzolaqlı internetin nüfuzetmə səviyyəsinə görə regionda lider Belarusdur (30 faiz), nisbətən yüksək nüfuzetmə səviyyəsi Azərbaycan və Rusiyada (17 faiz) qeydə alınıb.

Qeyd edək ki, BTİ tərəfindən 2009-cu ildən dərc edilən İKT inkişafı indeksi hökumətlər, BMT sistemi təsisatları və sahə tərəfindən İKT-nin milli səviyyədə ümumi inkişafının qiymətləndirilməsi üçün istifadə edilir. "IDI" özündə 11 göstəricini birləşdirir: mobil rabitə üzrə мцгавиляляр, kompüterə malik ev təsərrüfatlarının sayı, internet istifadəçilərinin sayı və baza bilikləri göstəriciləri.

Hesabatı hazırlayan beynəlxalq ekspertlərin son müşahidələri göstərib ki, səsli mobil rabitə seqmenti sahəsində artıq bazarın doyması fonunda azalma ilə yanaşı, mobil genişzolaqlı bağlantılar bazarının əksinə intensiv artımı qeydə alınıb və bu bazar hazırda ən sürətlə artan bazardır. Bu sahədə 2014-cü ildə artım ikirəqəmli olub və gözlənilən qlobal əhatə səviyyəsinin 32 faiz olacağı прогнозлашдырылыр. Beynəlxalq ötürmə qabiliyyəti 2001-2013-cü illər arasında 45 faiz artıb və inkişaf edən ölkələrin payı bu sahədə 2004-cü ildəki 9 faizdən 2013-cü ildə 30 faizədək artıb. Bu il ölkələrin əhalisinin yarısından çoxunun internetə çıxış imkanlarının qiymətləri, ailə gəlirlərinin 5 faizинdən çox olaraq qalıб. Bu, gəlirli istifadəçi qrupu üçün mobil genişzolaqlı xidmətlərdə alternativ çıxış yolu ola bilər.

Hesabatda qeyd edilib ki, İKT xidmətləri qiymətləri bazarда да müşahidə olunan rəqabət əsasında azalır və bazarın tənzimlənməsi yaxşılaşır. Belə ki, inkişaf edən ölkələrdə stasionar - genişzolaqlı xidmətlərin qiymətləri normativ baza təkmilləşdirildiyi və bazarda rəqabət yarandığı halda 10 faiz, mobil rabitə xidmətlərinin qiymətləri isə 5 faiz azala bilərdi. Tənzimləyici Orqanların Qlobal Simpoziumunda (GSR) qəbul edilmiş beynəlxalq tənzimləmə üsulları effektiv normativ bazaların yaradılması üzrə təlimat kimi istifadə edilə bilər və stasionar genişzolaqlı xidmətlərin əsasını təşkil edə bilər.

İKT-nin 2015-ci ildən sonrakı dövr üçün inkişaf proqramının əsas çağırışı "məlumat mübadiləsidir" ki, bu da böyük həcmdə məlumatların istehsalı, saxlanmasını, təhlilini nəzərdə tutur.

BTİ-nin telekommunikasiya həlləri bürosunun direktoru Brahima Sanounun sözlərinə əsasən, bu hesabatda qlobal informasiya cəmiyyəti haqda təqdim edilən məlumatlar ittifaqın üzv ölkələri üçün böyük əhəmiyyət daşıyır.

"2014-cü ildə mobil rabitənin istifadəsi səviyyəsi son on ildə ən aşağı səviyyəyə 2,6 faizədək düşəcək və bunun səbəbi 7 milyard istifadəçisi olan bazarın doyması olacaq. Stasionar telefon rabitə bazarında son illər bütün dünyada azalma tendensiyası müşahidə olunur. Ötən illə müqayisədə stasionar telefon rabitəsi şəbəkəsi 2 faiz azalıb və son 14 ildə ən aşağı səviyyəyə düşməсi gözlənilir. Bununla yanaşı, mobil rabitə bazarında son on ildə ən aşağı göstəricinin гейдя алынаъаьы ещтимал едилир. Бu sahədə artım cəmi 2,6 faiz təşkil edəcək. Bu ilin sonuna kimi dünya üzrə mobil rabitə istifadəçilərinin sayı 6.9 milyarda yaxınlaşacaq, onların 5,4 milyardı inkişaf edən ölkələrin, yarısından çoxu (3.6 milyardı) ися Asiya-Sakit Okean regionunda yaşayan əhalinin payına düşəcək.

Bu ilin nəticələrinə əsasən dünya üzrə genişzolaqlı rabitə xidmətlərinin istifadəçilərinin sayı ümumilikdə 2005-ci ildəki 220 milyona və 3,4 faiz yayılma səviyyəsinə qarşı, 711 milyon təşkil edəcək, bu xidmətlərin yayılma səviyyəsi isə 10 faiz təşkil edəcək. Ən çox inkişaf etmiş ölkələrdə stasionar genişzolaqlı xidmətlərin yayılma səviyyəsi 27,5 təşkil edəcək və daha aşağı artım göstəriciləri müşahidə olunacaq. İnkişaf edən ölkələrdə isə stasionar genişzolaqlı rabitə xidmətləri bazarının artım templəri 18 faizdən 6 faizədək azalacaq. Mobil genişzolaqlı rabitə inkişaf edən ölkələrdə daha sürətlə inkişaf edir, lakin inkişaf етмякдя олан və inkişaf etmiş ölkələr arasında mobil genişzolaqlı rabitə xidmətlərinin inkişafı arasında böyük fərq saxlanılır. Beynəlxalq ötürmə qabiliyyətində inkişaf edən ölkələrin payı 2004-cü illə müqayisədə 2013-cü ildə 9 faiz artaraq 30 faiz təşkil edib. Son on ildə beynəlxalq internetin ötürmə qabiliyyəti 2001-ci ildə 1 600 Gbit/s, 2010-cu ildə 60 400 Gbit/s təşkil edib. Nəhayət 2013-cü ildə bu göstərici 140 min Gbit/s-dən yuxarı olub. Ötən dövr ərzində orta illik artım 45 faiz təşkil edib və dünyanın bütün hissələrində magistral infrastruktura yatırılan sərmayələri əks етдириб. İnkişaf etmiş ölkələrdə ev təsərrüfatlarının 78 faizində internetə çıxış imkanları var. Bu ilin sonuna kimi ötənilki 40 faizə qarşı, dünyada ev təsərrüfatlarının 44 faizində evdə internetə çıxış imkanı olacaq. Ev təsərrüfatlarının internetə çıxışları daimi olaraq artır və ötən il ərzində artım 9 faiz təşkil edib. Qlobal artım əsasən inkişaf edən ölkələr tərəfindən təmin edilir. Bu ölkələrdə evdən internetə çıxış imkanları 14 faiz artır, halbuki inkişaf etmiş ölkələrdə bu göstərici 4 faiz təşkil edir. Bu ilin sonuna kimi ev təsərrüfatlarının 78 faizi internetə çıxış ilə təmin ediləcək.

Hazırda dünyada təxminən 4.3 milyard insan internetdən istifadə etmir, bu insanların 90 faizi inkişaf edən ölkələrdə yaşayırlar. Bu il ərzində internetdən istifadə səviyyəsi ümumilikdə 6,6 faiz - 3,3 faiz inkişaf etmiş, 8,7 faiz isə inkişaf edən ölkələrdə artıb.

Gələcək tendensiyalardan bəhs edərək demək olar ki, mobil rabitə operatorlarının məlumatları "Facebook", "Google" və ya digər lokal (maliyyə, sosial və s.) populyar sosial şəbəkələrin və xidmətlərin məlumatları ilə birləşdirilə bilər ki, əlavə onlayn xidmətlərin təşkili təmin edilsin. Beləliklə, istifadəçilərin internet hesabları sosial şəbəkələrdəki hesabları ilə birləşdirilə bilər.

 

Aynur VƏLİYEVA



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL