Finlər 2015-ci ilin ikinci yarısında “Puzzlephone” modulyar smartfonunu buraxacaq
Modulyar smartfonların yaradılması ilə yalnız "Google" şirkəti məşğul olmur. 2013-cü ildən Finlandiyanın "Circular Devices" şirkəti də modulyar smartfon hazırlayır. Hələ 2014-cü ilin fevralında qeyri-adi cihazı nümayiş etdirib, ancaq şirkət yalnız sentyabrda rəsmi qeydiyyata alınıb. Orta qiymətə malik birinci modulyar qurğunun çıxarılması 2015-ci ilin ikinci yarısına planlaşdırılıb.
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Puzzlephone" modulyar smartfonunda əməliyyat sistemi kimi "fork Android" istifadə olunacaq, ancaq istehsalçılar gələcəkdə başqa mobil platformaların dəstəklənməsi tətbiqini istisna etmirlər.
Aparat üç seqmentdən ibarət olacaq: "Spine", "Heart" və "Brain". Birinci seqmentə ekran, dinamiklər və baza konstruksiyası daxildir; "Heart" seqmenti batareya və köməkçi elektronikadan ibarətdir; "Brain" seqmentinə isə prosessor və fotokamera modulu daxil edilib. Beləliklə, istifadəçilər ayrı-ayrılıqda komponentləri deyil, seqmentlər üçün dəstləri dəyişdirə biləcəklər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL