Yerli prosessinq mərkəzi “UnionPay” kartlarının qəbuluna başlayıb
“UnionPay” plastik kartlarının ekvayrinqi üzrə “AzeriCard” prosessinq mərkəzinin tam sertifikasiyası başa çatıb.
Prosessinq mərkəzindən verilən məlumata görə, artıq “Azericard” “UnionPay” plastik kartlarının qəbuluna başlayıb.
Qeyd edək ki, “UnionPay” beynəlxalq ödəniş sistemi 2002-ci ildə Çin Xalq Bankı və Dövlət Şurası tərəfindən yaradılıb. “Union Pay İnternational” (UPİ) “China UnionPay”-ıin törəmə şirkətidir. “ UnionPay” ödəniş sisteminin kartları 30-dan çox ölkədə emissiya olunur.
Xatırladaq ki, cari il, noyabrın 19-da Azərbaycan Beynəlxalq Bankı (ABB) öz bankomat və POS-terminallar şəbəkəsində “UnionPay” beynəlxalq kartlarının qəbuluna başladığını bəyan edib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL