waplog

Bakı-Şamaxı yolunda elektron monitorlar qurulacaq


Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 15-45-ci kilometrlik hissəsi dördzolaqlı olacaq. Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov bildirib ki, “Azərinşaatservis” MMC ilə “Azəryolservis” ASC arasında “Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 15-45 km hissəsinin dörd zolaqlıya genişləndirilməsi” layihəsinin icrası ilə əlaqədar bağlanan müqaviləyə əsasən, MMC yaxın günlərdə baş podratçı qismində layihə üzrə tikinti işlərinə başlayacaq.
Layihə üzrə genişləndirilməsi nəzərdə tutulan mövcud yolun uzunluğu 30 kilometrdir və yol ikizolaqlıdan dördzolaqlıya genişləndiriləcək. Ən əsası isə yolda hər bir məlumatların toplandığı elektron monitorlar qurulacaq. Bu monitorlarda sürət həddi, havanın temperaturu göstəriləcək. Bundan başqa bu yolda müxtəlif yol hərəkəti işarələrinin də elektron formada tətbiqi nəzərdə tutulub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL