waplog

Konfrans rabitə qurğuları bazarının həcmi azalıb



Cari ilin üçüncü rübündə “International Data Corporation” (IDC) analitikləri illik qiymətləndirmədə videokonfrans və teleiştirakın təşkili üçün korporativ avadanlıq bazarında azalma qeydə alıblar. “Cisco” bu məhsulların ən böyük istehsalçısıdır.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2014-cü ilin iyul-sentyabr aylarında videokonfrans rabitə sistemlərinin satış həcmi 529 milyon dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 7,7% daha azdır. Cari ilin ikinci rübündə bu bazarın həcmi 483 milyon dollar olub. Ötən rübdə satılmış qurğuların ümumi sayı rüblük hesablamada 16,6%, illikdə isə 16,9% artıb.

“IDC Worldwide Enterprise Videoconferencing and Telepresence Equipment Qview” adlı müntəzəm hesabatda seqmentlər üzrə məlumatlar təqdim olunub.

“Cisco” əvvəlki kimi videokonfransların təşkili üçün korporativ avadanlığın satışı üzrə liderdir. “Polycom” (26,9%) ikinci, “Huawei” (10.8%) isə üçüncü pillədə qərarlaşıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL