waplog

Simsiz süni göz təcrübədə tətbiq ediləcək


Növbəti il Monaşa Universitetində çalışan avstraliyalı alimlər siqnalları görmə sinirindən yan keçərək birbaşa insan beyninə ötürə biləcək simsiz süni interfeysin klinik sınaqlarına başlayacaqlar.

Belə ki, iddialı həll, hətta görmə qabiliyyətindən tam məhrum olan insanlara predmetlərin ümumi təsəvvürünü görməyə imkan verəcək.

"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, avstraliyalılar tərəfindən yaradılmış süni göz iki hissədən ibarətdir. Birinci hissə beynə implantasiya edilən kiçik mikrosxemdir. İkinci hissə isə xarici ötürücülərdir. Ötürücülərdən çipə siqnallar torlu qişa və görmə sinirini yan keçərək simsiz rabitə üzrə ötürülür.

Süni interfeysin laboratoriya sınaqlarına 2015-ci ildə başlanacaq. Bu sınaqlar iş adamı Mark Bezen və Monaşa Universitetinin rektoru Alan Finkel tərəfindən alınmış vəsait hesabına aparılacaq. Onların hər biri 1 milyon dollar məbləğində kömək edib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL