waplog

Azərbaycan Koreyada İKT-yə dair keçirilən tədbirdə təmsil olunub


Koreyanın İnçeon şəhərində İnformasiya və Kommunikasiya Texnologiyalarının İnkişafı üzrə BMT-nin Asiya və Sakit Okean Təlim Mərkəzi (UN-APCICT) tərəfindən “Davamlı inkişaf üçün İKT” mövzusunda tərəfdaşların 5-ci görüşü keçirilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan verilən məlumata görə, komissiyanın İnsan resurslarının idarə edilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin Dövlət qulluğuna kadrların seçilməsi sektorunun müdiri Seymur Alıyev sözügedən tədbirdə iştirak edib.
 
Tədbirdə 25 ölkəni 60 nəfərdən artıq hökumət nümayəndəsi təmsil edib.
Görüşdə iştirakçı ölkələrin nümayəndələri tərəfindən yeni təlim modulları üzərində müzakirələr aparılıb və illik planlar barədə məruzələr dinlənilib.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL