waplog

“Gmail” poçtu ilə internetə qoşulmadan da işləmək olar


“Google” şirkəti istifadəçilərə “Gmail” electron poçtu, “Google Calendar” təqvimi və “Google Docs” ofis proqramlar paketi ilə internetə qoşulmadan (offlayn) işləmək imkanı yaradacaq.

Xidmətlərə giriş “HTML5”-də yazılmış proqramlar vasitəsilə həyata keçiriləcək. Hələlik bu proqramlar yalnız “Google”-a aid “Chrome” səyyahında işləyə bilər, lakin gələcəkdə digər səyyahları da dəstəkləmək nəzərdə tutulub.

“Gmail” electron poçtuna giriş üçün proqram artıq “Chrome Web Store” mağazasında yerləşdirilib. “Calendar” və “Docs” üçün proqramlar bir həftə ərzində satışa çıxarılmalıdır.

“Gmail” proqramı poçtu oxumağa, məktub siyahıları ilə işləməyə və mesajlara cavab verməyə imkan yaradır.

Cavab məktubları istifadəçi internetə yenidən qoşulanda göndərilir. “Docs” proqramı vasitəsilə hələlik yalnız sənədlərə baxmaq olar.

“Google” şirkəti redaktə funksiyasını sonra əlavə etməyə söz verib. “Gmail” və “Calendar” proqramlarında offlayn və onlayn rejim arasında keçid etmək imkanı nəzərdə tutulacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL