waplog

Avropada “Apple” qurğularına maraq yüksəkdir


“Kantar Worldpanel” şirkətinin tədqiqatına əsasən, “iPhone 6” və “iPhone 6 Plus” smartfonlarının buraxılması fonunda Avropanın böyük ölkələrinin bazarlarında “Apple” şirkətinin payı artıb.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 2014-cü ilin avqust-sentyabrında Qərbi Avropanın böyük ölkələrinin (Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya və Fransa) bazarlarında “iOS” platforması ilə işləyən qurğuların bazar payı 20.7 faizə çatıb. Bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5.7 faiz yüksəkdir. Tədqiqatçılar bu artımı “iPhone 6” və “iPhone 6 Plus” smartfonlarının buraxılması ilə izah edirlər. Müvafiq dövrdə “Android” əsaslı smartfonların bazar payı 69.4 faiz təşkil edib ki, bu da ötən illə müqayisədə 2.5 faiz azdır. Həmçinin bu ölkələrdə “Windows” platformasının bazar payı 1.2 faiz azalaraq 8.7 faiz olub.

Həmçinin Avstraliya, ABŞ və Çində “iPhone 6” smartfonunun payı artıb.
“Apple”ın yeni smartfonlarının təqdim edilməsinə baxmayaraq, Yaponiya bazarında “iOS” qurğuların bazar payı 13.1 faiz azalaraq 48 faiz təşkil edib.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL