“Əqli Mülkiyyət Hüquqlarının İdarəetmə Sisteminin Avtomatlaşdırılması” layihəsinin başa çatdırılması ilə bağlı qiymətləndirmə aparılır
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) 2011-2013-cü illərdə icra edilən “Əqli Mülkiyyət Hüquqlarının İdarəetmə Sisteminin Avtomatlaşdırılması” layihəsinin başa çatdırılması ilə bağlı qiymətləndirmə aparmaq üçün ekspertlərdən ibarət qrup təşkil edib.
Qiymətləndirmənin əsas məqsədi qrant əsasında həyata keçirilən layihənin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişaf Yardımı Komitəsinin (DAC) meyarlarına uyğun şəkildə qiymətləndirilməsindən, layihənin öz ilkin hədəflərinə çatıb-çatmadığını və layihəni həyata keçirmiş təşkilatların gələcək layihələr üçün hansı nəticələr hasil etdiyini öyrənməkdən ibarətdir.
Dekabrın 1-dən başlayaraq 3 nəfər professor və 1 nəfər ekspertdən ibarət olan qiymətləndirmə qrupu AzPatent və AzStand ofislərini ziyarət ediblər. Onlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) rəsmiləri, təlim proqramının iştirakçıları və digər əlaqədar şəxslərlə bir sıra görüşlər keçirib, tərəflər fikir mübadiləsi aparıb və gələcək əməkdaşlıq yollarını müzakirə ediblər. Ekspertlər layihənin qiymətləndirilməsi zamanı layihənin aktuallığı, effektivliyi, səmərəliliyi, təsiri və davamlılığını yoxlayıblar.
Qeyd edək ki, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2011-ci ildə “Əqli Mülkiyyət Hüquqlarının İdarəetmə Sisteminin Avtomatlaşdırılması” layihəsi üzrə Qrant Razılaşması imzalayıblar.
Layihə müddətində KOICA və SMPDK birgə çalışaraq sənədlərin qəbulu prosesi, həmçinin ekspertiza, qeydiyyat və digər idarəetmə proseslərini avtomatlaşdırılmasını həyata keçirib.
Həmçinin layihə çərçivəsində Onlayn Patent İnformasiya Sistemi yaradılmış, bu sistemin köməyi ilə fərdi vətəndaşların elektron ərizə hazırlaması, əqli mülkiyyət hüququ üzrə axtarış aparması və onlayn bulletenin dərc edilməsi mümkünləşib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL