Elastik ekran bazarında 9 dəfə artım gözlənilir
Analitiklər elastik ekran bazarında kəskin artım proqnozlaşdırır.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2015-ci ildə istehsalçıların əksəri bükük ekranla təchiz ediləcək "ağıllı" saat və başqa mobil cihazların buraxılışına hazırlaşır. Bunu nəzərə alan “DisplaySearch” ekspertləri 2014-cü illə müqayisədə elastik ekran bazarında təxminən 9 dəfə artım proqnozlaşdırır.
“Business Korea” nəşri yazır ki, gözləntilərə görə, 2013-2020-ci illərdə bu məhsulun satışlarından əldə olunan gəlir orta hesabla 119% artacaq və proqnozlaşdırılan dövrün sonuna 20 milyard ABŞ dollarını ötəcək.
Ənənəvi ekranlardan fərqli olaraq, elastik ekranlar şüşədən deyil, plastik materiallardan hazırlanıb. Bundan başqa, elastik ekrana istənilən formanı vermək olar ki, bu da dizayn sahəsində imkanları genişləndirir.
Son zamanlar istehsalçılar bu məhsulun buraxılışı ilə bağlı texniki problemlərin əksəriyyətini həll etməyə nail olublar, buna görə yaxın altı ayda şirkətlər elastik ekran istehsalının həcmini artırmağa hazırlaşırlar.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL