“Startaplar üçün ESET” müsabiqəsində Azərbaycandan olan yeni şirkətlər də iştirak edə bilərlər
Beynəlxalq antivirus şirkəti “Startaplar üçün ESET” müsabiqəsində iştirak etmək üçün Rusiya şirkətləri ilə yanaşı, MDB ölkələrindən olan yeni şirkətləri də dəvət edib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, müsabiqədə Rusiyadan, Moldovadan, Belarusdan, Gürcüstandan, Azərbaycandan, Özbəkistandan, Qazaxıstandan, Qırğızıstandan, Tacikistandan, Türkmənistandan və Ermənistandan olan, informasiya texnologiyaları, internet, elm, media, sosial layihələr və s. müvafiq sahələr üzrə fəaliyyət göstərən yeni şirkətlər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün “Biz ESET-ik” İT portalında qeydiyyatdan keçərək şirkəti təqdim etmək və biznesin mühafizəsi haqda bəhs etmək lazımdır.
Müəlliflər “ESET NOD32 Small Business Pack” kiçik biznes üçün korporativ antivirus hədiyyə alırlar. Gələn ilin fevral ayında müsabiqənin əsas prizinin – Silikon Vadisində “Deep Dive” proqramı üzrə təhsil almaq üçün qrant sahibinin adı açıqlanacaq.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL