Ucuz “Android” smartfonlarında öncədən quraşdırılmış troyan aşkar edilib
Təhlükəsizlik mütəxəssisləri “Android” mobil əməliyyat sistemi ilə işləyən bəzi ucuz smartfon modellərində öncədən quraşdırılmış zərərli proqram təminatı aşkar ediblər. Bu haqda mobil əməliyyat sisteminin təhlükəsizliyi ilə məşğul olan “LookOut” şirkətindən bildirilib.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, bu halda istifadəçi antivirusun köməyi ilə zərərli proqramı silmək imkanına malik olmayıb.
Rinqton tətbiqi kimi maskalanmış “DeathRing” adlı troyan “WAP”-məzmunu və istifadəçilərin smartfonundan SMS mesaj bazasını yükləmək imkanına malikdir.
Müdaxilə edilmiş smartfonlar az tanınmış istehsalçılara məxsus olub. Belə zərərli proqram təminatı əsasən Vyetnam, İndoneziya, Hindistan, Nigeriya, Tayvan və Çində satılan “Gionee Gpad G1”, “Polytron Rocket S2350”, “Haier H7” kimi modellərə quraşdırılıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL