waplog

Cənubi Amerikada dünyanın ən böyük teleskopunun inşasına başlanılıb


Avropa Cənub Rəsədxanası (ESO) Çilinin Atakama səhrasında Avropanın ən böyük teleskopunun tikintisinə icazə aldığını açıqlayıb.
 
Teleskopun layihəsi 2012-ci ildə təsdiq edilsə də, tikintiyə başlamaq üçün büdcənin ümumi məbləğinin 90 faizinin olması tələb olunub. Bu məbləğ isə rəsədxananın sərəncamında olmayıb, lakin Polşanın teleskopun yaradılması prosesinə qoşulması vəziyyəti yoluna qoyub.
 
Tikintiyə icazə aldıqdan sonra mütəxəssislər teleskopun birinci mərhələsinə start verəcəklər. Birinci mərhələyə günbəz və qurğunun əsas strukturunun yaradılması daxildir. Plana görə, bu işə 10 il vaxt sərf olunacaq.
 
Birinci mərhələ əsas mərhələ hesab edilir, çünki o başa çatdıqdan sonra rəsədxana mühəndisləri konstruksiyaya çatışmayan bir sıra komponentləri, o cümlədən başlıca güzgünü və əsas optik sistemi  əlavə edəcəklər.
 
Gələcəkdə teleskop alimlərə uzaq ulduzları, ekzoplanetləri və digər kosmik obyektləri ətraflı öyrənməyə imkan verəcək.
 
Məlumat üçün bildirək ki, teleskop Atakama səhrasında dəniz səviyyəsindən 3060 metr hündürlükdə qurulacaq.
 
Layihə sənədlərinə əsasən nəhəng qurğunun əsas güzgüsünün diametri 42 metr olacaq. Teleskopun çəkisinin isə 5 000 ton təşkil edəcəyi bildirilir. Burada berillium əsasında hazırlanmış 984 müstəqil rejimli güzgü quraşdırılacaq, - “DsNews” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL