waplog

2015-ci il üçün 10 texnoloji proqnoz təqdim edilib


İlin sonuna yaxın nəhəng “IDC” analitik şirkəti növbəti 12 ayda əhəmiyyətli rol oynayacaq on texnoloji tendensiya ilə bağlı proqnoz təqdim edib.  
 
Belə ki, şirkət nümayəndələrinin fikrincə, Yeni ildə informasiya-kommunikasiya texnologiyalarının inkişafı mühüm rol oynayacaq. Qeyd olunur ki, bu sahəyə xərclərin artımı 3,8 faiz təşkil etməklə il ərzində yatırılan investisiyaların məbləği 3,8 trilyon dollara çatacaq. Vəsaitlərin hamısı, demək olar, mobil, “bulud” və sosial servislərə xərclənəcək, ənənəvi fərdi kompüterlər üçün innovasiyaların rolu isə azalmaqda davam edəcək.
 
İkinci yerdə simsiz məlumat ötürmə bazarının həcminin artması qərarlaşıb. “IDC”-nin proqnozuna görə, bu bazarın həcmi 13 faiz artaraq 536 milyard dollar təşkil edəcək.
 
Siyahıda üçüncü yeri böyük ekranlı smartfonlar və daşınan elektronika tutub. Mobil qurğular və onlar üçün əlavələrin satışının 484 milyard dollar məbləğində olacağı, İT investisiyalarının artımında onun payının 40 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Bazarın 15 faizini Çinin bu növ qurğu istehsalçılarının tutacağı bildirilir.
 
Dördüncü yerdə “bulud” servisləri qərarlaşıb. Bu növ xidmətlərin həcmi 118 milyard dollaradək artacaq.
 
“IDC” beşinci yerə iritutumlu məlumatların emalı və təhlili servislərini layiq görüb. Təsvir axınına, video və audio materiallara xidmət göstərən yeni kanalların yaranması bu seqmentdə gəlirlərin 125 milyard dollaradək artmasına səbəb olacaq.
 
Altıncı yerdə kommunikasiyalarda mürəkkəb və geniş imkanlar əldə edəcək “Əşyalar interneti” yer alıb. Xüsusi diqqət quraşdırılan qurğulara və avadanlıqların mümkün sıradan çıxması barədə əvvəlcədən məlumat verən vasitələrə yönəldiləcək.
 
Növbəti pillədə məlumat emalı mərkəzləri (onların əsas transformasiyası) qərarlaşıb. Hesablama maşınlarının “bulud” texnologiyalarına keçidi dövründə məlumat emalı mərkəzləri haqqında təsəvvür dəyişəcək, çünki yeni avadanlıq ilk növbədə server, proqram və şəbəkə komponentlərinin “bulud” texnologiyalarında cəmləşməsi nəzərə alınmaqla hazırlanacaq. 
 
Daha sonra mobil və sosial platformaların sahələr və müxtəlif həyat sferaları üzrə ixtisaslaşmasının sürətləndirilməsi qeyd olunur. Nümunə kimi maliyyə sektorunda alternativ ödəniş sistemləri, “Əşyalar interneti”nin şəhər təhlükəsizliyi və ictimai nəqliyyat sahəsində yayılması göstərilir.
 
Doqquzuncu yerə şirkət təhlükəsizliyə və “3D” çapın artmaqda olan əhəmiyyətinə diqqəti layiq görüb. Bu, mobil qurğularda, “bulud” şifrləmə sistemlərində biometrik ötürücülərin yaranması və korporativ sektorda kibertəhdidlər barədə xəbərdarlıq sistemləri ilə bağlı vəziyyətin yaxşılaşması ilə izah olunur. Bundan başqa, “IDC” nümayəndələrinin qənaətinə görə, ənənəvi printer istehsalçıları “3D” çapa diqqət yetirəcək ki, bu da 2016-cı ildə bu sahənin yüksək artımına zəmin yaradacaq.
 
Çinin Qərb analitiklərinin reytinqində onuncu yerə layiq görülməsi bu ölkənin dünya texnologiya sənayesinə təsirinin sürətli artması ilə əlaqələndirilir. Belə ki, burada Çinin investisiya artımına töhfəsi 43 faiz qiymətləndirilir. Bundan başqa, növbəti ildə smartfonların üçdə bir hissəsi Çində istehsal olunacaq və satılacaq, onlayn mağazaların müştərilərinin 30 faizi bu ölkədə yaşayacaq. Həmçinin qlobal oyunçuların Çinin “Alibaba”, “Tencent” və “Baidu” kimi elektron kommersiya şirkətlərinin olacağı proqnozlaşdırılır, - "3DNews” yazır.  
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL