waplog

“İlin İT şirkəti” bəlli oldu


Son illər ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafı fonunda sahə üzrə fəaliyyət göstərən informasiya texnologiyaları (İT) şirkətlərinin sayı durmadan artır və bazarda azad rəqabət mühiti formalaşır.

Hazırda ölkənin İT bazarında 60-a qədər şirkət öz xidmət və məhsullarını təklif edir. Ölkədə yaradılan münbit şərait və ədalətli rəqabət mühiti kontekstində hər bir şirkətin xidmət keyfiyyətini istehlakçı müəyyən edir.
 
Elə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "ICTnews" Elektron Xəbər Xidmətinin onlayn formada 2 ay müddətində keçirdiyi sorğu zamanı da istehlakçılar öz seçimlərini ediblər. Belə ki, 11 min 249 nəfərin iştirak etdiyi sorğuda respondentlər "İlin İT şirkəti"ni seçiblər.
 
Səsvermə nəticəsində ən yüksək səsi "Delta Telekom" MMC toplayaraq 4 min 863 səslə lider olub. Müvafiq olaraq ikinci və üçüncü yerləri 4 min 25 səs"Az-EuroTel", 958 səslə isə "Transeurocom" bölüşüb.









İlk  onluqda "B.EST Solitions" (418 səs), "Ultra" (319 səs), "Sinam" (148 səs), "Alcatel-Lucent" (75 səs), "Goldenpay" (72 səs), "Cybernet" (67 səs) və "Smartsystems Texnology" (65 səs) şirkətləri qərarlaşıb. Digər şirkətlər isə daha az nəticələr toplayaraq reytinqdə aşağı pillələrlə kifayətlənməli olublar.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL