waplog

Fərdi kompüterlərin populyarlığı azalır


Smartfon və planşetlərin populyarlığını araşdırmış “Gartner” tədqiqat şirkətində çalışan analitiklərin nəticəsinə görə, bu qurğular çox vaxt kommunikasiya və məzmunun istifadəsi üçün prioritet vasitə kimi istifadə olunur.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, bu tendensiya daha çox inkişaf etməkdə olan ölkələrdə özünü büruzə verir, inkişaf etmiş iqtisadiyyata malik regionlarda isə bir ailədə bir neçə mobil cihazdan istifadə tipikdir. Bununla əlaqədar olaraq planşetlər kompüter texnikasının ən sürətlə inkişaf edən seqmenti olub.

Ekspertlərin proqnozuna görə, 2018-ci ilədək internet istifadəçilərinin 50%-dən çoxu bütün müxtəlif onlayn işlərini smartfon və ya planşetlərin köməyi ilə yerinə yetirəcəklər.

“Gartner”in tədqiqatlar üzrə vitse-prezidenti Van Beyker deyib ki, demək olar ki, bütün istehlakçılar üçün qurğuların əlçatanlığı ilə bağlı eyni tendensiya məxsusdur: mobil internet lazım olduqda istifadəçilər  smartfon, az hallarda isə planşetlərdən istifadə edirlər, kompüterlər isə əvvəlki kimi daha mürəkkəb hesablamaların aparılmasına xidmət edir.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL