waplog

“Gartner”: “Onlayn nəhənglər serverlər bazarına dəstək verib”


“Gartner” şirkətinin məlumatına görə, analitik texnologiyaların real vaxtda tətbiqi serverlərə dünya iqtisadiyyatının vəziyyətinə baxmayaraq tələbatı bir qədər artırıb.

Lakin üçüncü rübdə ABŞ-da bazarın əsas artımını nəhəng “Google”, “Facebook”, “Microsoft”, Çində “Tencent” və “Alibaba” və digər internet şirkətləri təmin edib. İri şirkətlər məşhur istehsalçılardan hazır serverlər almağa deyil, xüsusiləşmiş sistemlər sifariş etməyə üstünlük verirlər. Bunun nəticəsində  “HP”, “Dell”, “IBM” gəlirlərini kiçik şirkətlərin xeyrinə itirirlər.

Bazardakı vəziyyətə iki əsas amil təsir göstərir: “Hewlett-Packard” şirkətinin planlaşdırılan bölünməsi və Çinin “Lenovo” şirkəti tərəfindən “IBM”in "x86” arxitekturalı serverlərin istehsalı üzrə bölməsinin satın alınması. Analitiklər bildirirlər ki, server alıcıları “Lenovo”ya ehtiyatlı yanaşırlar.

“HP” üçüncü rübdə 569426 server satıb və 3,38 milyard dollar əldə edib ki, bu da onu həm pul, həm də fiziki ifadədə lider mövqeyə yüksəldib. Satışların pul məbləğinə görə “HP”dən sonrakı yerlərdə “IBM”, “Dell”, “Cisco” və “Oracle” şirkətləri qərarlaşdığı halda satılan serverlərin sayı üzrə beşliyə “Dell”, “IBM” və Çinin “Huawei Technologies” və “Inspur Electronics” şirkətləri daxil olub, - “Computerworld” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL