waplog

“Apple”ın keçmiş əməkdaşı şirkətin sirlərini yaydığına görə həbs olunub


“Apple”ın keçmiş əməkdaşı şirkətin sirlərini yaydığına görə 1 il müddətinə həbs cəzasına məhkum olunub və böyük məbləğdə cərimələnib. San-Xose şəhərinin məhkəməsi belə qərar çıxarıb.
 
"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, həbs cəzasına məhkum olunmuş Pol Devayn 2005-dən 2010-cu ilədək “Apple” korporasiyasında qlobal tədarüklər üzrə menecer vəzifəsində işləyib.
 
İstintaq məlumatına əsasən, o, Asiya istehsalçılarını insayder informasiyası ilə təmin edib. Devayn tərəfindən açılmış sirlər şirkətlərə çexol və başqa aksessuarların tədarükü tenderində qalib gəlməyə kömək edib. Bəzi qiymətləndirmələrə görə, “Apple”ın əməkdaşı kommersiya sirrinin yayılmasına görə 1 milyon dollar qazanıb.
 
Devayn etiraf edib ki, maliyyə çətinlikləri səbəbindən sirləri yayıb. 2010-cu ildə “Apple” xidməti araşdırma aparıb və onu şirkətdən çıxarıb.
 
Emil Hüseynov
 

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL