“IDC” yaxın illər üçün “əşyaların internet” haqda proqnoz dərc edib
"IDC" tədqiqat şirkətinin analitikləri "əşyaların internet"nin perspektivlərinə həsr edilmiş veb konfrans keçiriblər. Analitiklər tərəfindən tərtib edilmiş proqnoz aşağıdakılardır:
1. Növbəti beş il ərzində xidmət göstərən provayderlər "əşyaların interneti" məlumatlarının 90 faizindən çoxunu saxlayacaq; "bulud" xidmətləri onların inteqrasiyasını sadələşdirəcək.
2. İki il ərzində İT mühitinin 90 faizində "əşyaların interneti"nə aid təhlükəsizlik qaydalarının pozulması qeydə alınacaq; təhlükəsizlik üzrə direktorlar müvafiq yeni siyasət tətbiq etməli olacaq.
3. 2018-ci ilədək "əşyaların internet"ndə generasiya olunan məlumatların 40 faizi şəbəkə perimetrinin yaxınlığında saxlanılacaq, emal ediləcək və təhlil ediləcək.
4. Üç il ərzində ehtiyat buraxılış qabiliyyətinə malik bütün şəbəkələrin yarısı "əşyaların interneti" qurğularına görə onu itirəcək və İT mühitinin təxminən 10%-də yüklənmələr başlanacaq.
5. 2017-ci ilədək məlumatların işlənməsi mərkəzi və korporativ sistemlərin administratorları yeni idarəetmə modellərindən istifadəyə keçməli olacaq.
6. Bu gün "əşyaların internet" ilə bağlı bütün aktivliyin 50 faizdən çoxu istehsal, nəqliyyat daşımaları, "ağıllı" şəhər və istehlak tətbiqlərinin payına düşür.
7. 2018-ci ilədək şəhər administrasiyaların;n büdcə xərclərinin 25 faizi "ağıllı" şəhərlərlə bağlı layihələrin payına düşəcək.
8. 2018-ci ilədək "əşyaların internet"i sahəsində həllərin 60 faizi "Open Source"a dəyişdiriləcək ki, bu da "əşyaların interneti" ilə bağlı çoxlu vertikal bazarın formalaşmasına səbəb olacaq.
9. Beş il ərzində daşınan qurğuların 40 faizi smartfonlara rəqib olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL