Azərbaycanda indiyədək 27,5 min elektron imza əldə olunub
Azərbaycanda noyabr ayının 30-na qədər dövlət qurumlarına, hüquqi şəxslərə və vətəndaşlara verilmiş elektron imzanın sayı 27536 ədəd olub.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu statistik göstərici “Elektron hökumət” bülleteninin dekabr buraxılışında əksini tapıb.
Dövlət qurumlarına 16616 elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilmiş sertifikatların sayı 4528 ədədə çatıb. Vətəndaşlar isə 6392 sertifikat əldə ediblər.
Qeyd edək ki, elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL