Azərbaycan Mərkəzi Bankı informasiya təhlükəsizliyini gücləndirir
Azərbaycan Mərkəzi Bankı informasiya təhlükəsizliyini təmin etmək məqsədi ilə proqram təminatını yeniləyir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Mərkəzi Bank antivirus proqram təminatının alınması məqsədi ilə müvafiq İT şirkətlərlə danışıqlar aparır.
Bundan başqa bank Biləsuvar Məktəb Lisey Kompleksi üçün İP telefoniya sisteminin qurulması, həmçinin kompüter avadanlıqlarının alınmasını nəzərdə tutub.
Yaxın günlərdə nəzərdə tutulan işlərin icraçısının müəyyən edilməsi və qeyd edilən istiqamətlər üzrə tədbirlərin görülməsi başlayacaq.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL