“Bakcell” bu gün istiqrazlarının növbəti yerləşdirilməsini həyata keçirəcək
Bu gün Bakı Fond Birjasında Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkəti istiqrazlarının yerləşdirilməsini həyata keçirəcək.
“ICTnews” xəbər xidmətinin “www.cbonds.ru” saytına istinadən verdiyi məlumata əsasən, satışa AZ200100946, AZ2001009466 qeydiyyat nömrəli 40 milyon istiqraz çıxarılır. Hər bir istiqrazın minimal nominal dəyəri 1 min manat təşkil edir. İstiqrazlar üzrə rüblük ödəmənin həcmi illik gəlirin 9,5%-ni təşkil edəcək.
Qeyd edək ki, “Bakcell”in istiqrazlarının sonuncu yerləşdirilməsi 2011-ci ilin dekabr ayında həyata keçirilib. Yerləşdirmənin anderrayteri və market-meykeri qismində “Pashabank” çıxış edir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL