waplog

Telefona soyuducudakı istifadəyə yararsız qida haqda bildiriş göndərən ötürücü yaradılıb


Massaçusets Texnologiya Universitetində çalışan alimlərin hazırladığı ötürücü soyuducudakı qida xarab olmağa başladıqda smartfona bu haqda bildiriş göndərə bilir.
 
"ICTnews" elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, kiçik simsiz ötürücü qidanın yararlılıq müddətinin bitmə anını qeydə alır. Ötürücü informasiyanı istifadəçinin mobil telefonuna dərhal ötürür. Bu həll vasitəsi ilə, indi hətta soyuducuya baxmadan istifadəyə yararsız qida haqda məlumat əldə etmək mümkün  olacaq.
 
Unikal texnologiya üzrə yaradılmış sensor görünüşcə yapışdırılan ötürücüyə oxşayır və  müəyyən kimyəvi maddələri aşkar edir.
 
Ötürücünü işləməsi və istifadəyə yararsız qida haqda bildiriş göndərməsi üçün qurğunu smartfonla sinxronlaşdırmaq və bundan sonra soyuducuda quraşdırmaq lazımdır.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL