“Facebook” hakerlərə 40 min dollar məbləğində pul mükafatı verib
Dünyanın ən iri sosial şəbəkəsi “Facebook” saytın təhlükəsizlik sistemini gücləndirmək məqsədilə hakerlərə müəyyən olunmuş hər bir boşluğa görə 500 dollar məbləğində pul mükafatı təklif edib.
Saytın fəaliyyətində aşkar olunmuş ciddi boşluqlara görə isə “Facebook” daha yüksək mükafatlar ödəyir. Qeyd edək ki, şirkətin məlumatına əsasən, “Facebook” son üç həftə ərzində hakerlərə 40 min dollar məbləğində pul mükafatı ödəyib.
Hakerlərdən ikisinə, birinci halda - saytın təhlükəsizlik sisteminin təkmilləşməsilə əlaqədar təqdim etdiyi hesabata görə 5 min dollar, ikinci halda isə “Facebook”da 6 ciddi boşluğu müəyyən etdiyinə görə 7 min dollar məbləğində pul mükafatı təqdim edib.
www.rabita.az
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL