waplog

2017-ci ilə hər üçüncü daşınan qurğu görünməz olacaq


Daşınan elektronikanın yaranmasına səbəb olmuş texnoloji tərəqqi bundan sonra da bu qurğuların təkmilləşdirilməsinə və görünməzliyinə imkan yaradacaq. “Gartner” tədqiqat şirkətinin analitikləri bu məsələ ilə bağlı öz fikirlərini  bölüşüblər.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitiklərin proqnozuna görə, 2017-ci ilə bədəndə daşınan cihazların 30 faizi adi gözlə görülməyəcək. Artıq bu istiqamətdə bəzi həllər yaradılıb. “Gartner”in tədqiqatlar üzrə direktoru Annet Zimmerman deyir ki, elektron içliyə malik kontakt linzalar buna nümunə göstərilə bilər.
 
Daşınan qurğularla bağlı başqa maraqlı ideya “ağıllı” zinət əşyalarıdır. Məsələn, zinət əşyalarının təchiz edildiyi ötürücülərin köməyi ilə fövqəladə vəziyyətlərdə kömək çağırmaq olar.
 
Analitiklər istifadəçi üçün virtual reallıq effekti yaradan başa taxılan displey (Head Mounted Display, HMD)  seqmentini olduqca perspektiv hesab edirlər. 2018-ci ilə bu qurğuların satış həcmi 25 milyonu ötəcək. 2014-cü il virtual reallıq şlemləri üçün uğurlu olub – “Gartner”in tədqiqatlar üzrə direktoru Brayan Blau deyib.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL