waplog

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya İT təchizatının təkmilləşdirilməsinə 361 min manata yaxın vəsait ayırıb


Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya İT təchizatının təkmilləşdirilməsinə 361 min manata yaxın vəsait ayırıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, qurum "Globtel Solutions" şirkəti ilə proqram təminatlarının, “Bestcomp Group” firması ilə isə kompüter texnikası və avadanlıqların təchizatı ilə bağlı müqavilələr imzalayıb.
 
"Globtel Solutions" şirkəti ilə bağlanılan müqavilənin ümumi dəyəri  295 min manat, “Bestcomp Group” firması   ilə imzalanan müqavilənin dəyəri isə 65913,62   manat təşkil edib.
 
Artıq şirkətlər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İT təchizatını təmin etmək istiqamətində işlərə başlayıblar.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL