waplog

“Bakcell” şirkəti gələn il bir sıra istiqamətdə fəaliyyətini aktivləşdirəcək


“Bakcell” şirkəti əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə şəbəkəsinin təhlilini həyata keçirməyə başlayıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Bakcell” şirkətinin yeni texnologiyalar və keyfiyyətin qiymətləndirilməsi şöbəsinin rəhbəri Roman İqnatenko bildirib ki, bu layihə çərçivəsində doqquz regionun 30 min kilometr yolu dörd mərhələdə təhlil ediləcək ki, şəbəkənin siqnal tutmadığı  yerlər əhatə dairəsinə alınsın.
 
“Bununla yanaşı, biz 222 korporativ müştərilərimizə proaktiv keyfiyyət xidmətləri təqdim edirik və gələcəkdə bu siyahını genişləndirmək niyyətindəyik. Gələn il üçün “Bakcell”in mobil rabitə şəbəkəsinin prioritet inkişaf istiqamətləri şəbəkənin tutumunun və əhatəsinin genişləndirilməsi, şəbəkənin əlçatımlılığının yüksək səviyyədə təmin edilməsi, daimi və hərtərəfli mobil genişzolaqlı çıxış imkanlarının təqdim edilməsi, LTE üzərindən yüksək keyfiyyətli səsin ötürülməsi imkanları (HD Voice) səsin ötürülməsi təkamülündə növbəti addım, genişləndirilmiş ünsiyyət imkanlarının təqdim edilməsi (Enriched communication)M2M xidmətlərinin tətbiqi, müştərilərin informasiya təhlükəsizliyinin təmin edilməsi olacaq”, - deyə R. İqnatenko şirkətin gələcək planlarını  bölüşüb.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL