waplog

Dünyanın ən yüngül smartfonu nümayiş etdirilib


Hindistanın “Xolo” şirkəti “Q900s Plus” smartfonunu nümayiş etdirib. İstehsalçı bu aparatı dünyanın ən yüngül qurğusu elan edib: cihazın çəkisi 100 qram təşkil edir.
 
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, aparatın texniki xarakteristikalarına gəlincə, “Q900s Plus” smartfonu 4,7 düymlük HD təsvir ölçülü ekran, 1.2 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 200” prosessoru, 1 QB əməli və 8 QB daxili yaddaş (“microSD” üçün slot var), 8 meqapiksellik əsas və 2 meqapiksellik ön kameralarla təchiz edilib. Akkumulyatorun tutumu 1800 milliamper/saat təşkil edir, “Android 4.4 KitKat” mobil əməliyyat sistemi quraşdırılıb.
 
Qurğunun qiyməti 133 dollar təşkil edir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL