Böyük Adron Kollayderi yenidən işə salınacaq
Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) Böyük Adron Kollayderini (BAK) ikinci üçillik tədqiqat mərhələsinə hazırlayır. Bu barədə dekabrın 12-də “CERN” Şurasının sessiyasında elan edilib.
Hazırda mütəxəssislər lazımi hazırlıq sınaqlarını həyata keçirirlər. İkiillik fasilədən sonra dünyanın nəhəng elementar hissəciklər sürətləndiricisini mütləq mənfidən yuxarı 1,9 dərəcəyədək soyudacaq kriosistemlər işə salınıb. Dekabrın 9-da sürətləndirici dairəsinin səkkizdə bir hissəsinin maqnitləri 6,5 trilyon elektronvoltluq işçi enerjisinə nail olmaq üçün lazım olan səviyyəyə çatdırılıb.
İş planına əsasən, BAK-da tədqiqatlara 2015-ci ilin martında yenidən başlanacaq. Qurğunun enerji səviyyəsi 2012-ci ildə ilk dəfə işə salınandan iki dəfə çox olacaq. Sınaqlar zamanı sürətləndiriciyə qarşılıqlı proton dəstələri buraxılacaq ki, onların da toqquşma enerjisi 13 teraelektronvolta çatacaq. Bu səviyyəyə əvvəllər dünyanın heç bir sürətləndiricində nail olunmayıb.
“Yeni enerji səviyyəsinin köməyi ilə BAK həm fizika, həm də gələcək kəşflər üçün yeni üfüqlər açacaq. Mən təbiətin bizim üçün nə hazırlamasını səbirsizliklə gözləyirəm”, - “CERN”-nin baş direktoru Rolf Hoyer deyib.
İkiillik modernləşmənin məqsədi BAK maqnitləri arasında yerləşən 10 min 170 yüksəkvoltlu kabel birləşməsinin yoxlanılması və dəyişdirilməsi üçün lazım olub. Bu birləşmələrdə nasazlıq 2008-ci ilin sentyabrında BAK-ın işinin dayandırılmasına səbəb olub.
Qeyd edək ki, vəzifəsi Hiqqs bozonunun axtarışından ibarət olan Böyük Adron Kollayderi – yüksək enerjili elementar hissəciklərin (sinfinə protonların da aid olduğu adronlar) sürətləndirilməsi, yığılması və toqquşması (collide ingilis dilində toqquşma deməkdir) üçün nəzərdə tutulmuş dünyanın ən iri qurğusudur.
Qurğu Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) rəhbərliyi ilə İsveçrə və Fransa sərhədində (Cenevrə şəhəri) inşa olunub,- "Lenta” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL