waplog

“39-cu ACM ICPC Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq müsabiqəsi”nin yarımfinal mərhələsi və Cənubi Qafqaz Açıq Çempionatı yekunlaşıb


Gürcüstan Respublikasının Tbilisi şəhərində keçirilən “39-cu ACM ICPC Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq müsabiqəsi”nin yarımfinal mərhələsi və Cənubi Qafqaz Açıq Çempionatı artıq başa çatıb.
 
Çempionatda Azərbaycanın müxtəlif ali təhsil ocaqlarının tələbələri olan gənc proqramçılar, o cümlədən Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrdən ibarət komandası iştirak edib.
 
 BANM-dan qeyd edilib ki, əvvəlki illərdən fərqli olaraq, bu il Azərbaycanı yarımfinalda daha çox komanda təmsil edib:
 
 “Bu çempionatda Azərbaycanın 11 universitetindən 18 komanda iştirak edib. BANM-ın Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrdən ibarət komandası yarışın sonunda “Fərqlənmə sertifikatı”na layiq görülüb”.
 
Qeyd edək ki, “39-cu ACM ICPC Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq müsabiqəsi”nin 4/1 final mərhələsi (Azərbaycan Birinciliyi) 9 noyabr 2014-cü il tarixində Qafqaz Universitetində keçirilib. Müsabiqədə 14 universitetdən 57 komanda iştirak edib, 33 komanda yarımfinala vəsiqə qazanıb.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL