waplog

“Sony” şirkəti “ağıllı” qıfıl istehsal edəcək


Son zamanlar Yaponiyanın "Sony" şirkəti itkilərlə üzləşib. Buna görə şirkət diqqətini innovativ  məhsullar istehsalına yönəldib.

Belə ki, "Sony" korporasiyası "ağıllı" "Qrio" qıfılının istehsalına başlamaq üçün pul toplama kampaniyasına başlayıb. Yaponiya şirkəti bu yolla öz məhsuluna diqqət cəlb etmək, yenidən innovativ şirkət imicini qazanmaq istəyir. İstifadəçilər bu məhsulu 11250 yena (təxminən 95 dollar) ödəməklə  ilkin sifariş edə bilərlər.
 
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, başqa belə qurğular kimi "Qrio Smart Lock" smartfondan verilmiş əmr üzrə qapını bağlaya və aça bilir. "Sony" öz məhsulunun əsas üstünlüyü kimi yığcam ölçülərini göstərir. Qıfılın rəqəmli açarlarını messencerlərin köməyi ilə dostlara göndərmək olar. Həm də "Sony"nin həlli rəqiblərlə müqayisədə daha ucuz olacaq.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL