waplog

ABŞ-da üzün tanınması funksiyasına malik bankomatın sınağı keçirilir


ABŞ-ın Baltimor şəhərində müştəriləri üzün tanınması funksiyası vasitəsilə identifikasiya edəcək bankomatın sınağı keçirilir.
 
Belə ki, “Securityplus” Federal Kredit İttifaqı yeddi şöbələrinin birində biometrik bankomat quraşdırmağa başlayıb. Sınaqda filial işçiləri iştirak edəcək. Bankomat müştəri səkkizrəqəmli PİN kodu daxil etməyə başlayan zaman onun fotoşəklini çəkəcək. İstifadəçi növbəti dəfə digər tranzaksiyanı yerinə yetirmək üçün bankomata yaxınlaşanda aparat onun üzünü skan edərək yaddaşda qalan şəkillə müqayisə edəcək. Təsvirlər uyğun gəldikdə əməliyyat PİN kod daxil edilmədən həyata keçiriləcək.
 
İstifadəçi bir neçə tranzaksiya yerinə yetirdikdə bankomat onların hər birində istifadəçinin üzünü skan edəcək. Müştəri yanında yeni – tanınmamış şəxs göründükdə, əməliyyatın yerinə yetirilməsi dayandırılacaq. Bundan başqa, bütün tranzaksiyalar videoya yazılır.
 
Növbəti aylar ərzində biometrik istifadəçi identifikasiyası texnologiyası ilə təchiz edilən bankomat şöbələrdən birində sınaqdan keçiriləcək. Pilot mərhələnin uğurla başa çatacağı təqdirdə digər şöbələrin əməkdaşları da innovativ qurğunu sınaqdan keçirə biləcəklər, - “Payspace” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL