waplog

“ABI Research”: “5G” texnologiyası “4G” şəbəkəsindən zəif inkişaf edəcək”


“ABI Research” analitik şirkətinin məlumatına görə, yüz milyonluq abunəçi səviyyəsinə çatmaq üçün “5G” texnologiyası beşillik məsafəni qət etməli olacaq.

Ekspertlər “4G”-nin uğurunu sürətlə bazara onun potensialını açan çoxlu güclü smartfonların çıxarılması ilə əlaqələndirirlər. “5G” texnologiyası isə ilkin mərhələdə onun şəbəkələrinin mürəkkəbliyinə görə zəif inkişaf edəcək və yalnız 2023-cü ilədək bu texnologiyanın kütləvi şəkildə yayılmasını görmək mümkün olacaq.
 
Analitiklər “5G”-ni ilkin tətbiq edən ölkələrin ümumi xüsusiyyətlərə malik olmasını qeyd edirlər. Bu, əhalisi çox olan ölkələrdir və onlar arasında şəhər sakinlərinin faiz nisbəti üstünlük təşkil edir. Həmçinin onlar yüksək texnologiyalar sahəsində yaxşı inkişaf etmiş şirkətlərə malikdirlər. Məhz bu ölkələr “5G”-nin kütləvi şəkildə yayılmasına töhfə verəcək. “ABI Research”in tədqiqatlar üzrə direktoru Filipp Solis bu ölkələr arasında ABŞ, Çin, Yaponiya, Cənubi Koreya və Böyük Britaniyanı vurğulayıb.
 
Ekspertlərin qənaətinə görə, “5G” şəbəkələri kiçik şanlara malik şəbəkələr olacaq və onların praktiki tətbiqi ilkin vaxtlarda əhalinin sıx yaşadığı ərazilərlə məhdudlaşacaq. Lakin uzaq gələcəkdə “5G” makro şanılarının yaradılması istisna edilmir, - "3DNews” yazır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL