waplog

Şagirdlərdə İKT vasitələrindən istifadə etməklə səmərəli axtarış mədəniyyəti formalaşdırılacaq


Azərbaycan məktəblərində  təhsil alan şagirdlərin mütaliə qabiliyyətlərini artırmaq üçün informasiya-kommunikasiya texnologiyalarından geniş şəkildə istifadə olunacaq. Bununla bağlı informasiya Təhsil Nazirliyinin illik hesabatında yer alıb.
 
 Hesabata görə, şagirdlərdə mütaliə mədəniyyətinin və oxumağa motivasiyanın yüksəldilməsi məqsədilə yeni layihənin həyata keçirilməsinə başlanıb.
 
Layihənin əsas qayəsi təhsil müəssisələrinin nəzdində mütaliə edən icmanın yaradılması vasitəsilə məktəblilərin bədii ədəbiyyat, sənədli əsər və digər mətn növləri ilə tanış olması üçün şəraitin yaradılmasından ibarətdir.
 
 Layihə çərçivəsində şagirdlər və müəllimlər arasında oxunan ədəbiyyatın, müxtəlif mətn növlərinin müzakirə yolu ilə dəyərləndirilməsi, mübadiləsi, şagirdlərdə reflektiv oxu vərdişlərinin yaradılması nəzərdə tutulur.
 
Həmçinin, şagirdlərdə müasir İKT vasitələrindən istifadə etməklə, səmərəli axtarış və dəyərli paylaşma mədəniyyətinin formalaşdırılması və təbliğinə nail olunması layihənin əsas hədəfləri sırasındadır.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL