waplog

“Elektron hökumət”in populyarlığının artırılması üçün KİV-lə əməkdaşlıq genişləndiriləcək


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM)  2015-ci ildə “Elektron Hökumət” quruculuğu istiqamətində həyata keçiriləcək təbliğat-təşviqat tədbirləri üzrə plan və qrafiki artıq hazırlayıb.
 
Bu planda icra hakimiyyətlərinin nümayəndələri ilə treninqlərin, jurnalistlər ilə görüşlərin, universitet tələbələri üçün maarifləndirici mühazirələrin təşkili, yaşlılar üçün təlimverici seminarların, kitabxanalarda oxucularla görüşlərin, inklüziv təhsil alan uşaqlarla görüşlərin keçirilməsi və s. nəzərdə tutulur.
 
Gələn il üçün “Elektron hökumət” portalı və e-imzanın populyarlığının artırılması məqsədilə Kütləvi İnformasiya Vasitələri (KİV) ilə sıx əməkdaşlıq edilməsi planlaşdırılır. Həmçinin, “Mənim Elektron Hökumətim” tipli məqalə və videosüjet müsabiqələrinin təşkili də nəzərdə tutulur.
 
Bununla yanaşı MHM 2015-ci ildə bir sıra sosial xarakterli tədbirlərin də həyata keçirilməsini planlaşdırır.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL