2015-ci il üçün mobil texnologiyaların inkişaf proqnozu açıqlanıb
ABŞ-ın virtual sistemlər, şəbəkə həlləri və əlavələrin çatdırılması texnologiyaları istehsalçısı “Citrix Systems” 2015-ci il üçün mobil texnologiyaların inkişaf proqnozunu tərtib edib.
Proqnoza görə, mobil həllərin hazırlanmasında diqqət təkcə istifadəçilərə deyil, həm də funksional imkanlara yetiriləcək. Bu cür yanaşmadan istifadəçilərlə yanaşı, şirkətlər də qazanacaq.
Gələn il şirkətlər daxilində sahibkarlığın inkişafı proqnozlaşdırılır. Bunun üçün onlar maliyyə “startup”ları və ya istedadlı əməkdaşları müəyyən edən müsabiqələrin keçirilməsi kimi qeyri-standart üsullara əl atacaqlar.
Daha bir yenilik müəssisənin hesablama mühitinin mobil əməkdaşların tələbatı nəzərə alınmaqla qurulması olacaq. “Citrix”in məlumatına görə, kiçik və orta ölçülü şirkətlərin əməkdaşları şəxsi məqsədlər üçün üç-dörd kompüter qurğusundan istifadə edir.
Ekspertlərin sözlərinə görə, biznes əlavələri qurğular nəzərə alınmaqla təhlükəsizliyin təmini məsələlərinə uyğun hazırlanmalıdır.
2015-ci ildə şirkətlər işi əməkdaşın məsafədə olmasını nəzərə alan bölüşdürmə bacarığını inkişaf etdirəcəklər. Şirkətlər artıq vəzifələri keyfiyyətli yerinə yetirmək üçün istedadlı əməkdaşları cəlb etməyə imkan verən lazımi proqram təminatını formalaşdırıblar, - "DailyComm” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL