waplog

“Microsoft” ucuz “Lumia 435” smartfonunu hazırlayıb


Yeni “Microsoft Lumia 435” smartfonunun təsviri və texniki xarakteristikaları internetdə dərc edilib.
 
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, bu qurğu başlanğıc səviyyəli həldir.
 
Məlumata əsasən, “Microsoft Lumia 435” smartfonu “WVGA” (800x480 nöqtə) təsvir ölçülü 4 düymlük ekranla təchiz edilib. Piksellərin sıxlığı 235 PPI təşkil edir. Qurğu, həmçinin “Qualcomm Snapdragon 200” prosessoru və arxa paneldə 5 meqapiksellik kameraya malikdir.
 
Gözlənildiyi kimi, bir və ya iki SİM kart quraşdırmağa imkan verən versiyalar bazara çıxarılacaq. Aparatın ölçüləri 118,1×64,7 mm təşkil edir. Bu model spesifik “BV-5J” batareyasına sahiblənəcək.
 
“Microsoft Lumia 435” smartfonu tezliklə təqdim ediləcək, qiyməti hələ ki açıqlanmayıb.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL