waplog

Niderland “startup” viza tətbiq edir


2015-ci il yanvarın 1-dən etibarən Niderlandda immiqrasiya qanunvericiliyində dəyişikliklər ediləcək. Belə ki, Avropa İttifaqına (Aİ) daxil olmayan ölkələrin "startup" (fəaliyyətə yenə başlayan şirkətlər) təsisçilərinə xüsusi vizaların verilməsinə başlanacaq.

Hazırda bunun praktikada necə işləyəcəyi dəqiq məlum olmasa da, "startup"çıların Niderlanda girişinin sadələşəcəyi gözlənilir.
 
Sənədin mətni ötən həftə dərc edilib və artıq qüvvəyə minib. "Hazırda biz beynəlxalq innovativ sahibkarlıq üçün ən qonaqpərvər prosedurlarından birinə malikik", - Niderland İmmiqrasiya Mərkəzinin direktoru Devid van Traa deyib.  
 
Vizalar aşağıda göstərilən şərtlər əsasında veriləcək: 
 
"startup" vizalar yalnız innovativ şirkət təsisçilərinə verilə bilər. "startup"ın innovativliyini "RVO" (Rijksdienst voor Ondernemend Nederland – sahibkarlarla məşğul olan yerli orqan); qiymətləndirəcək.
 
"startup" məşhur inkubatordan (Startupbootcamp, Rockstart, Utrecht Inc, Yes Delft və ya ACE Venture Lab) dəstək almalıdır;
 
Niderlandda "startup"lar təsisçilərə orta hesabla 1800 avro ödəməlidir;
 
"startup" viza birillik müddətə verilir.
 
Xatırladaq ki, 2013-cü ildə bir neçə ölkə, o cümlədən Kanada və İsrail "startup" viza tətbiq etmək niyyətində olduğunu bəyan edib, - "IT Expert" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL