waplog

Qlobal monitor bazarının həcmi 5% azalıb


"IDC" tədqiqat şirkətinin analitikləri bildiriblər ki, cari ilin üçüncü rübündə fərdi kompüterlər (FK) üçün qlobal monitor bazarının həcmi 5 faizdən çox azalıb. "Dell" şirkəti sözügedən qurğuların ən böyük istehsalçısıdır.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, analitiklərin qiymətləndirməsinə görə, 2014-cü ilin iyul-sentyabrında dünyada 33,4 milyon monitor tədarük edilib. Bir il əvvəl bu göstərici 35.2 milyon təşkil edib. Qərbi Avropa və ABŞ-da bu qurğuların tədarükü müvafiq olaraq 4,4% və 4,5% yüksəlib.
 
Dördüncü rübdə ABŞ bazarında əvvəlki kimi illik hesablamada müsbət dinamika qeydə alınacaq, halbuki dünya üzrə rüblük hesablama sıfıra bərabər olacaq.
 
Ötən rüb "Dell" monitor bazarında öz liderliyini möhkəmləndirib. ABŞ şirkəti 5 milyondan çox qurğu satışa çıxarıb. Nəticədə istehsalçının bazar payı 15,2 faizədək artıb, bir il əvvəl bu göstərici 13,8 faiz olub.
 
Cənubi Koreyanın "Samsung" şirkəti buraxılan monitorların (üçüncü rübdə 4 milyon, illik hesablamada - 4.9 faiz) sayına görə ikinci pillədə qərarlaşıb.
 
"HP" korporasiyası aparıcı monitor istehsalçıları arasında üçüncü olub.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL