“Elektron hökumət” portalı üzərindən göstərilən xidmətlərin sayı 387-yə çatıb
Bu il “Elektron hökumət” quruculuğu üzrə məhsuldar il olub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, 2014-cü il ərzində dövlət qurumlarının həm öz internet səhifələrində, həm də “Elektron hökumət” portalında təqdim etdikləri elektron xidmətlərin sayı xeyli artıb.
Hazırda “Elektron hökumət” portalı üzərindən xidmət təqdim edən qurumların sayı 48-ə, elektron xidmətlərin sayı isə 387-yə çatıb. Portaldakı xidmətlərin kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsinin nəticəsi olaraq istifadəçi sayı 1,067,420 nəfər təşkil edir.
Həmçinin, bu il elektron sənəd dövriyyəsinin tətbiqi istiqamətində real addımlar atılıb. Görülən tədbirlər nəticəsində e-imzaya da maraq artıb və hazırda e-imza sertifikatlarından faydalananların sayı 27536 nəfərə çatıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL