Kənd Təsərrüfatı Nazirliyində “e-kənd təsərrüfatı” layihələrinə baxılır
Kənd Təsərrüfatı Nazirliyində “Elektron Kənd Təsərrüfatının Subsidiya və Siyasətə dair İnformasiya Sistemi”nin (SSİS) yaradılması xidmətlərinin satınalınması ilə əlaqədar tender təkliflərini təqdim etmiş iddiaçıların maliyyə təkliflərinin açılması məqsədilə tender komissiyasının iclası keçirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən, beynəlxalq təcrübəyə əsaslanmaqla, aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək üçün "elektron kənd təsərrüfatı" informasiya sisteminin üç il müddətində mərhələlərlə yaradılması Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib.
İclasda tender komissiyasının sədri texniki təkliflərin qiymətləndirilməsi nəticəsində iddiaçıların topladıqları xallar barədə məlumat verib və ictimai şəkildə iddiaçıların nümayəndələrinin iştirakı ilə daxil olan maliyyə təkliflərinin açılışı həyata keçirilib.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL