waplog

8 meqapiksellik kamera ilə təchiz edilmiş smartfon


“Huawei” şirkəti “Honor 6 Plus” smartfonunu nümayiş etdirib. Yeni aparat arxa paneldə yerləşdirilmiş iki ədəd 8 meqapiksellik fotomodul,  həmçinin eyni meqapikselə malik ön kamera, 1920×1080 nöqtə təsvir ölçülü 5,5 düymlük ekran, 1,8 QHs takt tezlikli səkkiznüvəli “Kirin 925” çipi, həmçinin cihazın fitness funksiyalarının işinin təmini üçün “I3” soprosessoru ilə təchiz edilib.
 
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Huawei Honor 6 Plus” smartfonu 3 QB əməli və 16/32 QB daxili yaddaşla təchiz edilib, mövcud “microSD” slotu və “IR” port da var. Qurğunun batareyasının tutumu 3600 milliamper/saat təşkil edir. “Huawei”nin nümayəndələri deyiblər ki, bu smartfonun çəkisi “iPhone 6 Plus”dan yüngüldür, daha az qızır. Smartfon “Android 4.4 KitKat” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
 
Aparatın qiyməti “NFC” çipsiz “3G” versiyası operator subsidiyalarını nəzərə almadan 320 dollar, “LTE” dəstəkli versiyası isə təxminən 400 dollar təşkil edəcək.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL