“Apple” Rusiyada internet-dükanın işini dayandırıb
Amerikanın “Apple” şirkəti Rusiyada rublun məzənnəsinin düşməsi fonunda onlayn satışları dayandırıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Apple” bildirib ki, rus rublunun qeyri-sabit məzənnəsi onun məhsullarının Rusiya alıcıları üçün qiymətinin müəyyən edilməsini çətinləşdirir.
Rusiyalı riteylerlər bu həftə “Apple” qurğularının satışlarının artdığını bildiriblər.
Çərşənbə axşamı Rusiya Bankının direktorlar şurası əsas faiz dərəcəsini illik 10,5 faizdən 17 faizədək artırsa da, birjalarda rublun məzənnəsi avroya və dollara qarşı yenidən kəskin şəkildə azalıb.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL