waplog

Azərbaycanda “Acer” şirkətinin dəstəyi ilə «Şagird kompüteri» layihəsi həyata keçirilir


Azərbaycanın İT bazarının aparıcı şirkətlərindən biri olan “BestComp Grouр” şirkəti  “Acer” korporasiyası ilə birgə “Şagird kompüteri” adlı yeni layihəni həyata keçirir.
 
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, layihə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi və “Microsoft” korporasiyasının dəstəyi ilə  həyata keçirilir.
 
“Acer Group” müasir tendensiyaları nəzərə alaraq bazarda ən mükəmməl və yüksək texnologiyalı yeni modelləri təqdim edir. Onların arasında kompüterlər, noutbuklar, proyektorlar, monitorlarla yanaşı,  ultrabuklar, “2-–si 1-–də” transformerləri, smartfonlar, eləcə də,  “Windows 8.1” və  “Android”  kimi məşhur platformalarda işləyən planşetlər vardır.
 
Layihənin əsas məqsədi tədris prosesinin böyük hissəsinin şagirdin  İT savadının artırılması ətrafında qurulmasını, tələbə və ya məktəbli üçün noutbukda işləməyi öyrətmək, tədris materialını çap etmək və ya təqdimat üçün  internetdən lazımi faylları yükləmək bacarıqlarını aşılamaqdır. Artıq bunun üçün “Şagird kompüteri” layihəsi çərçivəsində 6 müasir noutbuk modeli təqdim olunub, hansı ki, lisenziyalı  “Microsoft” şirkətindən  “Windows 8.1 Pro” proqramı,  “Microsoft Office 2013 Pro” ofis proqramı, eləcə də, “DR.WEB” antivirus proqramı ilə təchiz olunub.
 
Qeyd edilən noutbuklar sərfəli şərtlərlə kreditlə təklif olunur.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL