Regionlarda “Multimedia xidmətlərinin inkişafı” layihəsi həyata keçiriləcək
“10 rayon telekommunikasiya qovşağının xidmət ərazisində reallaşdırılması nəzərdə tutulan “Multimedia xidmətlərinin inkişafı” layihəsi işlənib hazırlanıb və təqdimatı keçirilib. Layihədə 10 telekommunikasiya qovşağının xidmət ərazisində EATS-lərin tutumlarının artırılması, NGN texnologiyası əsasında yeni avadanlıqların alınıb quraşdırılması, optik kabellərin çəkilməsi, xətt şəbəkəsinin tikintisi, eləcə də bütün RTKQ-lərin xidmət ərazilərində genişzolaqlı avadanlıqların tutumunun artırılması nəzərdə tutulub. Layihə əhəmiyyəti nəzərə alınaraq maliyyələşdirilməsi üçün kredit təşkilatlarına təqdim edilib”.
Bu barədə məlumat verən “Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov qeyd edib ki, sözügedən layihənin maliyyələşdirilməsi barədə müvafiq qərar qəbul edilib.
M.Məmmədov bildirib ki, layihə çərçivəsində Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Zaqatala, Şəmkir, Xaçmaz, Göygöl, Ağdam, Bərdə, Tərtər rayonlarında 45000 nömrə, qeyd olunan rayonlarla yanaşı, digər 47 şəhər və rayonda 100000 port tutumunun quraşdırılması və istismara verilməsi nəzərdə tutulur:
“Bu kommutasiya avadanlıqlarının istismara və abunəçilərin istifadəsinə verilməsi üçün layihəyə əsasən 254 000 metr FO kabeli çəkiləcək və montaj olunacaq, 35 000 cüt abunəçi xətti, 63 000 metr kabel-kanalizasiya qurğuları tikiləcəkdir”.
Növbəti on ildə İKT sektorunun həcminin 4-4,5 dəfə genişləndirilməsi, İKT-nin iqtisadi potensialının gücləndirilməsi, cəmiyyətin İKT ehtiyaclarının ödənilməsinin də əsas tələb kimi irəli sürüldüyünü qeyd edən M.Məmmədovun sözlərinə görə, bunlara nail olmaq üçün innovativ, rəqabət qabiliyyətli və ixracyönümlü İKT potensialının formalaşdırılması, ölkənin regional informasiya xidmətləri mərkəzinə çevrilməsi, kosmik sənayenin inkişaf etdirilməsi və peyk texnologiyalarının geniş tətbiqi, cəmiyyətin İKT biliklərinin, bacarıqlarının və hazırlığının yüksəldilməsi, "elektron hökumət"in inkişaf etdirilməsi, İKT istifadəçilərinin informasiya təhlükəsizliyinin təmin edilməsi və s. kimi amillər ön plana çıxarılıb:
“Danılmaz faktdır ki, cəmiyyətin inkişafı informasiya texnologiyalarının, konkret olaraq internetin imkanlarına əsaslanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması bu sahənin inkişafının dövlət siyasətinin əsasında dayandığını təsdiqləyir”.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL