waplog

“HP” şirkəti yalnız investorların deyil, həm də iri müştərilərin etibarını itirir


“Hewlett-Packard” şirkəti tərəfindən planşet və smartfon istehsalının dayandırılması haqqında qərar qəbul edilməsi, həmçinin kompyuter biznesinin ayrı şirkətə ayrılması yalnız investorların deyil, həm də iri müştərilərin şirkətə etibarını azaldıb.

“The Wall Street Journal” portalı nümunə kimi “Fluor Corp” mühəndis-inşaat şirkətini göstərir.

Bu şirkət hər il yeni proqram və aparat təminatına təxminən 25 milyon ABŞ dolları sərf edir. “Fluor” şirkətinin “HP”-dən “3D” dəstəkli məhsuldar kompyuterlər əldə etməyə hazırlaşdığı bildirilib.

Lakin artıq “Fluor” şirkəti niyyətini dəyişib. Hər halda, şirkətin İT bölməsinin rəhbəri Rey Bernardın sözləri bunu təsdiq edir. O bildirib ki, “HP” şirkətindən kompyuter almaq niyyətində deyil. Digər şirkətlərin İT rəhbərləri də eyni fikirdədirlər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL