waplog

“ZTE Star 2”: təkmilləşdirilmiş səsli idarəetməyə malik qabaqcıl smartfon


Çinin “ZTE Star 2” şirkəti yeni qabaqcıl smartfonunu nümayiş etdirib. İstehsalçı əsas diqqəti intellektual səsli idarəetmə sisteminə cəmləyib.
 
“ZTE Star 2” modeli yüksəksəviyyəli aparat komponentləri ilə təchiz edilib: 2.3 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 801” prosessoru, dördüncü nəsil “Sony” ötürücüsü və ikiqat işıq diodu fotoişıqlandırıcısına malik 13 meqapiksellik əsas kamera, 5 meqapiksellik matrisli ön fotomodul, 2 QB əməli və 16 QB daxili fləş yaddaşla təchiz olunub. “MicroSD” çıxarılıb taxılan daşıyıcıları üçün slot var.
 
Smartfonda ekranın diaqonalının ölçüsü 5 düym təşkil edir, ekranın təsvir ölçüsü 1920x1080 pikseldir (Full HD). Alüminium haşiyə, şüşəli arxa panel və kifayət qədər nazik korpus (6,9 mm) qurğuya bahalı görkəm imici verir. Akkumulyator batareyasının tutumu 2300 milliamper/saat təşkil edir. İstehsalçı qurğunun avtonom iş müddətini açıqlamayıb.
 
Elan edilmiş smartfon “Android 4.4 KitKat” əməliyyat sistemi ilə işləyir. Bir çox funksiyalar (kameranı idarəetmə, zəng, naviqasiya və başqa) səsli komandaların köməyi ilə icra edilir.
 
Qurğunun qiyməti təxminən 400 dollar təşkil edəcək.
 
Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL